Cəlilabadda maşın aşıb. SİA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə səhər saatlarında Cəlilabad rayonunun Təklə kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Nissan X-Trail" markalı nəqliyyat vasitəsi sərt döngədən eniş edərkən aşıb. İlkin məlumata görə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya olunublar.
Məlumata görə nəqliyyat vasitəsi Yardımlı rayonundan gəlirmiş.
Hazırda xəsarət alanların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB