Bakıda 66 yaşlı komendant binada təmir zamanı yıxılaraq ölüb

Bakıda təmir işləri aparılan binada 66 yaşlı komendant yıxılaraq ölüb. SİA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

Məlumata görə, Mərdanov qardaşları küçəsində təmir işləri aparılan binanın birinci mərtəbəsində komendant şəhər sakini 1959-cu il təvəllüdlü Xeyrulla Məhərrəm oğlu Kişiyev ehtiyatsızlıqdan yerə yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə