Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan bir şəxsin mobil telefonu və pul vəsaiti tanımadığı şəxs tərəfindən açıq talama yolu ilə ələ keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, zərərçəkənin şikayəti əsasında Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 31 yaşlı E.Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə