Goranboy sakinləri bıçaqlanıb. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində yerləşən kafedə baş verib. Kənd sakinləri, 1997-ci il təvəllüdlü Alışov Elvin Elyar oğlu münaqişə zəminində həmkəndliləri 1973 -ci il təvəllüdlü Nağıyev Zaur Fikrət oğluna, 1976-cı il təvəllüdlü Quliyev Elçin Arif oğluna və 1993-cü il təvəllüdlü Alışov Eltun Elyar oğluna bıçaqla xəsarət yetirib.
Xəsaərt alanlar xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB