Babək rayonunda ayı insanlara hücum edib, xəsarət alan var. SİA-nın Naxçıvan bürosu xəbər ki, hadisə rayonun Yuxarı Buzqov kəndində baş verib. Ayı kənddə Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağı oğlu və onun oğlunun üzərinə hücum çəkib.
Nəticədə Məzahir Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məzahir Məmmədov Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə