Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə köhnə Ələt–Astara magistral yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, Astara istiqamətində hərəkət edən “VAZ-2106” markalı minik avtomobili qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə