Gürcüstanda kütləvi dava olub, 5 nəfər saxlanılıb

Gürcüstanın Acarıstan Muxtar Respublikasında 5 nəfər Türkiyə vətəndaşı saxlanılıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxslərdən biri sağlamlığa qəsdən ağır zərər vurmada, dördü isə qrup halında xuliqanlıqda ittiham olunur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri Xelvaçauri bələdiyyəsində yerləşən restoranda iki nəfər Türkiyə vətəndaşına soyuq silahla bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib, onlara müvafiq tibbi yardım göstərilib.

Digər 4 nəfər isə restoranda ictimai asayişi pozub, oradakı insanları təhqir edib və inventara ziyan vurub.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməllərinə görə 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə