Abşeron rayon sakini polisə müraciət edərək ona məxsus marketə müştəri qismində gələn şəxsin oradan tütün və spirtli içki məmulatları talayaraq hadisə yerini tərk etdiyini bildirib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaqda şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 36 yaşlı C.Beydullayev saxlanılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə