Sosialist Əməyi qəhrəmanı, pambıqçı Fatma Hüseynova vəfat edib

Məhşur pambıq ustası, Sosialist əməyi qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuş Fatma Rza qızı Abdullayeva 86 yaşında vəfat edib. SİA-nın məlumatına görə, o bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1939-cu ildə Sabirabad rayonunda anadan olub.

2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2017-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə