“Kolorit” kafesində baytarlıq nəzarəti olmadan saxlanılan heyvan və quşlar aidiyyəti üzrə təhvil verilib - FOTOLAR

Zoonoz xəstəliklərin baş vermə riskinin aradan qaldırılması və biotəhlükəsizliyin qorunmasına təhlükə hesab ediləcək qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində nəzarət tədbirləri gücləndirilib. Azəbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, bu məqsədlə vəhşi heyvanların, quşların saxlanıldığı ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında monitorinqlər aparılır. Onların miqdarı və növləri müəyyən edilir, toplanıb müvafiq tələblər gözlənilməklə təbiət ərazisinə buraxılması və ya heyvan rifahı tələblərinə cavab verən heyvanat parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı sahibkarlıq subyektlərinə tapşırıqlar verilir. Tapşırıqlara əməl olunmayacağı təqdirdə? qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi diqqətə çatdırılır.

Aparılan monitorinqlər zamanı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2094 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Fərid Fərhad oğlu Ələkbərzadəyə məxsus “Kolorit” kafesində müəyyən edilmiş baytarlıq nəzarəti olmadan saxlanılan heyvan və quşlar (5 baş göyərçin, 15 baş dovşan, 2 baş xoruz, 4 baş tısbağa) aidiyyəti üzrə təhvil verilib və digər zəruri tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə