Ağdaş rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb. “Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, 23 yaşlı Sərvan Hüseynov ağır xəsarətlər alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB