"Sədərək" Ticarət Mərkəzində insidentlə bağlı araşdırma başlanılıb - DİN
Dünən sosial şəbəkələrədə Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşları ilə "Sədərək" Ticarət Mərkəzinin mühafizə xidmətinin əməkdaşları arasında baş verən insidentlə bağlı video yayılıb. Bununla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov SİA-ya bildirib ki, "Sədərək" Ticarət Mərkəzində tərəflər arasında yaranan insidentlə bağlı polisə müraciətlər daxil olub.
Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB