Cari ilin ilk doqquz ayında 227 müraciət əsasında 143 qida mənşəli zəhərlənmə faktı qeydə alınıb. Bu barədə SİA-nın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov məlumat verib.
Onun sözlərinə görə, zəhərlənmələrin əksəriyyəti məişət şəraitində düzgün saxlanma və istifadə qaydalarına əməl edilmədən istehlak olunan qidalardan qaynaqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə