Nərimanov rayonunda ərzaq mağazasında yoxlama keçirilib - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 6 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ələddin Səfxan oğlu Zeynalova məxsus ərzaq mağazasında yoxlama keçirib. Bu barədə SİA-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, baxış zamanı mağazanın anbar sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının birbaşa döşəmə üzərində ara məsafəsi gözlənilmədən saxlanıldığı aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək anbar sahəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə