Şair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə SİA-ya şairin ailə üzvləri məlumat veriblər.
Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib.
Əlisəmid Kür bu gün Salyan rayonunda dəfn ediləcək.
Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə