Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində "Mercedes” markalı minik avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə nəticəsində avtomobilin baqaj hissəsi yanıb, digər hissələri yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə