Bakı metrosunda ölüm hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə 28 May metrostansiyasında qeydə alınıb.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, qatarda halı pisləşmiş sərnişin "28 May" stansiyasında düşürüldükdən qısa vaxt sonra vəfat edib: “Məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə