Abşeron rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Oktyabrın 9-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Maşallah Cəfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan SİA-ya verilən məlumata görə, araşdırma zamanı 1968-ci il təvəllüdlü Eldar Məmmədovun bıçaqla xəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB