Qusarda biçilmiş taxıl sahələrini yandıran 3 nəfər məsuliyyətə cəlb olunub

Qusarda müxtəlif ərazilərində biçilmiş taxıl sahələrini yandırmaqda şübhəli bilinən rayon sakinləri B. Xeyrullayev, O.Mehdixanov və M.Cəfərov müəyyən olunublar. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki,hər 3 şəxs barəsində Qusar Rayon Polis Şöbəsində qanunamüvafiq tədbir görülüb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə