Ötən gecə Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, 36 yaşlı Calal Abdullayev tərəfindən bıçaqlanan qardaşı, 22 yaşlı Camal Abdullayev bu gün axşam saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, bıçaqlanma hadisəsi Liman şəhəri ərazisində baş verib. Qardaşlar arasında yaranan mübahisə zamanı böyük qardaş kiçik qardaşa kəsici-deşici alətlə xəsarət yetirib.
Hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən C.Abdullayev polisə gələrək könüllü təslim olub.
Bütün xəbərlər Facebook səhifəmizdə