Xırdalan şəhərində gecə saatlarında sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan motosikletlər və digər nəqliyyat vasitələri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirlər nəticəsində bilərəkdən motosikletlərinə müdaxilə edərək səs gücünü artıran 12 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.
Bununla yanaşı, avtomobillərində konstruksiya dəyişikliyi edən, sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan sükan arxasına keçən şəxslər, qaydaları pozan, tütün məmulatlarının istifadəsi qaydalarına əməl etməyənlər, tullantıları urnalardan kənara atan və xırda xuliqanlıq edənlər müəyyən olunublar.
Ümumilikdə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 70 nəfərdən artıq şəxs barəsində inzibati tədbirlər görülüb, onlarla profilaktik söhbətlər aparılıb.
Sakinləri narahat edən halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən kompleks tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə