Bakıda moped və velosiped oğruları saxlanılıb

Bakının Suraxanı rayon sakini olan bir nəfər polisə müraciət edərək 1500 manat dəyərində mopedinin naməlum şəraitdə oğurlandığını bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı Ə.Quliyev müəyyən edilərək saxlanılıb.

Analoji hadisə Sabunçu rayonunda da baş verib. Ramana qəsəbə sakininin mopedini oğurlamaqda şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 46 yaşlı Ə.Bayramov da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Nəsimi rayonunda isə iki nəfərin velosipedini oğurlayan 25 yaşlı Ü.Aslanov, əvvəllər məhkum edilmiş 32 yaşlı K.Dadaşzadə və 25 yaşlı Ü.Aslanov saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə