Xalq artisti Əminə Yusifqızı vəfat edib. Bu barədə SİA-ya Əməkdar artist Saleh Bağırov məlumat verib.
Qeyd edək ki, Əminə Yusifqızı 1936-cı ildə Bakıda doğulub.
Azərbaycanda fəaliyyət göstərən bir sıra teatrda, eləcə də "Azərbaycanfilm" kinostudiyasında çalışıb. 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Şöhrət" ordeni ilə təltif edilib. O, daha çox dublyaj və səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB