İmişlidə minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzasında ölən və xəsarət alanlar olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 14 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yol kənarına aşıb.
Hadisə nəticəsində xəsarət alan 5 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, bir nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə