Qubada avtomobil piyadanı vuraraq öldürüb

Qubada avtomobil piyadanı vuraraq öldürüb

Qubada avtomobil piyadanı vuraraq öldürüb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu gün səhər saat 08:50 radələrində Bakı–Quba yolunun 27-ci kilometrliyində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata əsasən, 1984-cü il təvəllüdlü, Bakı şəhər sakini Ruslan Ağammədov idarə etdiyi "Chevrolet" markalı, 77-YR-183 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan 1995-ci il təvəllüdlü piyada Kənan Nəsirovu vurub.

Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə