Bakıda fərdi yaşayış evində partlayış olub, 1 nəfər xəsarət alıb - VİDEO

Ötən gün saat 23:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan partlayış baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə SİA-ya TƏBİB-dən bildirilib.

Qetd edilib ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 1 şəxsə (qadın cinsli) ilkin tibbi yardım göstərilib, hər iki əlin və üzün termiki yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub", - məlumatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə