Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 1 qumbara, 2 alışdırıcı, 3 tüfəng, 5 patron darağı və 120 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə