Qəbələdə maşın beton dirəyə çırpılıb, bir nəfər ölüb. SİA xəbər verir ki, hadisə rayonun BAUN qəsəbəsində baş verib.
Belə ki, 06 Elvin Qasımov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və beton dirəyə çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin Cahid Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sürücü və və digər sərnişin Laçın Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə