Bakı-Qazax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Zabit Rəsulov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyadalar- 49 yaşlı Sədaqət Ramazanova və 47 yaşlı Elnarə Sultanovanı vurub. Xəsarət alan şəxslər hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə