Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Tovuzda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Bozalqanlı kəndində baş verib. Belə ki, “Opel” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Rayon sakini 85 yaşlı Qiyas Musayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə