Ötən gün 23 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 30-da ümumi çəkisi 22,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə