Moskvada ev sahibi təmizlikçi xanım Cəmilə ilə vəhşicəsinə davranıb...

...SİA xəbər verir ki, Telegram Mash kanalının məlumatına görə, Moskvada “ağlını itirmiş” şəxs təmizlik xidmətinin işçisi Cəmiləni tornavida (...ruslar, elə bizlərdə də çoxları buna "otverka" deyir-A.B.) ilə bıçaqlayaraq öldürüb.

Belə ki, 48 yaşlı Vladimir dərin təmizlik üçün 30 yaşlı süpürgəçini mənzilinə çağırıb, lakin gələn təmizlik işçisi, mənzilin dəhşətli vəziyyətini görüb işi götürməkdən imtina edib.

Mənzil sözün əsl mənasında zibillə dolu “it damına” bənzəyirmiş.

Və təmizlik işçisi bundan imtina etdikdə ev sahibi tornavida ilə qadına hücum edib.

Və yaralı qadını dağıntılar arasında qoyaraq mənzili yandıraraq aradan çıxıb.

Qonşular tez köməyə gəliblər. Cəmiləni yanan mənzildən diri-diri çıxarsalar da, o, xəstəxanada keçinib.

Qatil həbs edilib.

Cinayəti Moskva İstintaq Komitəsi araşdırır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə