Daxili İşlər Nazirliyinin(DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 27-də və 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 13 qumbara, 12 alışdırıcı, 7 partlayıcı, 2 tüfəng, 14 patron darağı, 185 ədəd mərmi və 1677 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə