Gəncədə ağır yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Belə ki, “Hundai” və “Chevrolet” markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza zamanı avtomobillərdən biri yol kənarındakı bir neçə piyadanı vurub. Beləliklə qəza nəticəsində ümumilikdə 8 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə