Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə şəhərin "Kiçik bazar" adlanan dənizkənarı ərazidə qeydə alınıb. Lənkəran rayon sakini, 1973-cü il təvəllüdlü Elçin Misir oğlu Ağayev idarə etdiyi "Land Rover" markalı nəqliyyat vasitəsilə hərəkətdə olarkən, KİA markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə