Zaqatalada körpüdən çay kənarına düşən şəxs xilas olunub.
SİA FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzinə Zaqatala şəhərində 1 nəfərin körpüdən çay kənarına düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə