Ağsuda yol qəzası: 1 nəfər ölüb - xəsarət alan var

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə səhər saatlarında Şamaxı–Padarçöl yolunun Ağsu rayonunun Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan minik avtomobili ilə yük maşını toqquşub. Qəza nəticəsində minik maşınında olan İsa Sadıqov hadisə yerində həyatını itirib. İlkin məlumata görə, xəsarət alanlar da var. DİN-in Mətbuat Xidmətinin regional qrupundan SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə