Qazaxda qəza olub, 3 nəfər xəsarət alıb

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” ilə “Opel” markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə