Silahlı insidentdə xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib

Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, insident zamanı odlu silahla xəsarət alan 2 nəfər qəsəbə sakini - 1988-ci il təvəllüdlü Məmmədov Natiq Tofiq oğlu və 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nürəli oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisəni törədən qəsəbə sakini 1988-ci il təvəllüdlü Əhmədov Ceyhun Rza oğlunun isə hüquq mühafizə əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

TƏBİB-dən verilən məlumata görə xəsarət alanlardan biri əməliyyata alınıb, digərinə isə sol baldırın “çoxqəlpəli açıq yerdəyişən sınığı” diaqnozu təyin edilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə