Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
Belə ki, 2005-ci il təvəllüdlü Tofiq Zeynalov “Ford Tranzit” markalı avtomobillə hərəkətdə olan zaman piyada 1991-ci il təvəllüdlü Elnurə Əsgərovanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə