Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi və sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər təşkil edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, həmin tədbirlər zamanı rayonun Xaçmaz kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.
İcazəsiz fəaliyyətlə məşğul olan şəxslər barəsində toplanılmış material qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına göndərilib.
Həmçinin profilaktik tədbirlər çərçivəsində rayon ərazisində məişət tullantılarını tutumlardan kənar yerlərə atan 6 nəfər barəsində polis əməkdaşları tərəfindən inzibati protokol tərtib edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə