FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti qəsdən yanğıntörətmə faktının üstünü açıb - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağsu rayonunun Nəvahi kəndi ərazisində yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazirliyin yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı əkin sahəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. Belə ki, xidmət tərəfindən həyata keçirilən zəruri tədbirlər nəticəsində hadisənin Nəvahi kənd sakini 1951-ci il təvəllüdlü Mahir Rəhim oğlu Qaniyev tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanılan materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB