Bakıda 26 min manatlıq dələduzluq edilib, 3 nəfər tutulub

Paytaxtın Nəsimi rayonunda iki nəfərə qarşı dələduzluq edilib. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirlib ki, dələduzluq nəticəsində zərərçəkənlərə ümumilikdə 26 min 330 manat maddi ziyan vurulub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayətlərini törətməkdə şübhəli bilinən 38 yaşlı Ü.Abdullayeva, tanışı və həmyaşıdı E.Abbasova, 30 yaşlı İ.Qasımzadə saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə