Gədəbəydə 55 yaşlı kişi dağdan yıxılaraq ölüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gədəbəy rayonu, Qalakənd kəndində 1 nəfərin dərəyə yıxılması barədə məlumat daxil olub. SİA FHN-ə istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin hadisə yerinə ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə