On yeddi gün öncə qəzada yaralanan şəxs xəstəxanada ölüb. SİA xəbər verir ki, 15 avqustda Məhərrəm Rəhimov idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobillə hərəkətdə olarkən Bəxtiyar Hüseynovun idarə etdiyi “Vaz 2106” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “Vaz 2106” markalı avtomobildə olan sərnişin Fərhad Hüseynov aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Fakta bağlı cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə