Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda açıq sahədə başlayan yanğın Hirkan Milli Parkının ərazisinə keçib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və 15 şəxsi heyəti cəlb olunub. Aidiyyəti qurumların nümayəndələri, eləcə də Hirkan Milli Parkının rəhbərliyi hadisə yerindədir.
Yanğın nəzarət altına alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə