Bakıda sürücünün diqqətsizliyi səbəbindən nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, hadisə bu gün paytaxtın Səbail rayonu ərazisində - Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində qeydə alınıb.
NİİM-in əməkdaşları tərəfindən yararsız hala düşmüş svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə