Gəncədə avtoqəza olub, bir ailənin üç üzvü xəsarət alıb - YENİLƏNİB
Gəncədə baş verən avtoqəzada 3 nəfər (2 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. SİA xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB