Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "Changan" markalı avtomobillə moped toqquşub. Qəzada xəsarət alan mopedin sürücüsü, 2003-cü il təvəllüdlü Sultanov Şaban Allahverən oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB