Qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 23-də və 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 3 qumbara, 5 partladıcı, 15 tüfəng, 18 patron darağı və 1792 ədəd müxtəlif çaplı patron aşkarlayaraq götürüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə